!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada bütün hərbi komissarlar istefaya göndərildi

!Reklam – Yazi

Ukraynanın bütün vilayətlərində hərbi komissarlar istefaya göndərilib.

Yenicag.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

Məlumata görə, onları cəbhədə olmuş, yaxud müxtəlif səbəblərdən səngərdə olmayan hərbçilər əvəzləyəcək.

Volodimir Zelenski bildirib: “Ümumilikdə, 33 şübhə, regional hərbi komissarlar, şəhər, rayon, vilayət hərbi komissarları, başqa vəzifəli şəxslər barəsində artıq 112 cinayət işi var. Qeyd edirəm ki, ordu heç vaxt cinayət cəzasının əvəzi olmayacaq. Rütbələrlə imtiyazları qarışdıran məmurlar heç şübhəsiz mütləq mühakimə olunacaq”.

Onun sözlərinə görə, müxtəlif regionlarda, o cümlədən Donetsk, Poltava, Vinnitsa, Odessada hərbi komissarlıqda sui-istifadə və korrupsiya halları aşkarlanıb.

Qeyd edək ki, avqustun 11-də Volodimir Zelenski Milli Təhlükəsizlik Şurasının müşavirəsinin keçirib. Toplantıda Ukrayna Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokuror və başqa rəsmilərin məruzəsi dinlənilib.

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv