!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada daha bir Rusiya generalı öldürüldü - FOTO

!Reklam – Yazi

 

Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiya yüksək komandanlıq heyətinin daha bir nümayəndəsini itirib. İyulun 12-də 35-ci əlahiddə ümumqoşun ordusunun Baş Qərargah rəisi, general-mayor Sergey Qoryaçev raket hücumu zamanı öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri “Voenkor Kotenok Z” “Telegram” kanalına istinadən yazır.

İşğalın əvvəlində Qoryaçev 5-ci əlahiddə tank briqadasının komandiri idi, müharibə zamanı isə ordunun qərargah rəisi vəzifəsinə qədər “qalxıb”.

 

“Mediazone”nin iyunun əvvəlində açıq mənbələrə əsaslanan qiymətləndirməsinə görə, dörd Rusiya generalı, 58 polkovnik və 176 polkovnik-leytenantın ölümü təsdiqlənib. Nəşr ölən generalların adlarını qeyd edir: general-mayor Kanamat Botaşev, qondarma “DXR”in 1-ci Ordu Korpusunun komandiri, general-mayor Roman Kutuzov, 41-ci ordu komandirinin müavini, general-mayor Andrey Suxovetski və 8-ci Ordu komandirinin müavini, general-mayor Vladimir Frolov.

ABŞ Müdafiə Nazirliyi Rusiya ordusunun yüksək komandanlığının itkilərini iki dəfə çox qiymətləndirir. Mayın 10-da Pentaqonun kəşfiyyat rəhbəri Skott Berryer azı 8 rus generalının öldüyünü açıqlayıb. O qeyd edib ki, bu, zabit korpusu üçün qeyri-adi yüksək ölüm göstəricidir və Əfqanıstanda 20 illik münaqişə zamanı həlak olan amerikalı generalların sayından çoxdur.

Eyni zamanda, ötən ilin avqustunda Böyük Britaniyanın Müdafiə Nazirliyi müharibə zamanı Rusiya ordusunun 10 generalının həlak olması barədə məlumat yayıb. Yaponiya kəşfiyyatının 2023-cü ilin fevralına olan məlumatına görə, Ukraynadakı müharibədə 20 Rusiya generalı həlak olub.

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv