!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada dalana dirənən Rusiya: "Proseslərin gedişatı onu göstərir ki..." - Politoloq

!Reklam – Yazi

“Ukrayna müharibəsində, əslində, dünyanın yox, postsovet məkanının taleyi həll olunur. Rusiya Ukraynadan qələbə ilə çıxsa, postsovet ölkələrini birləşdirməyə cəhd edəcək”.

Bu sözləri Rusiya Ukrayna müharibəsi və siyasi dialoqları şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, yalnız Türkiyədə baş tutacaq danışıqlar effekt verə bilər:

“İsrailin Ukraynaya təklifi oldu ki, Zelenski hökuməti getsin, Ukraynada yeni hökumət formalaşsın və həmin hökumət də Rusiya ilə danışıqlar aparsın. İsrailin bu təklifi Zelenski hökuməti tərəfindən rədd edildi. Ukrayna ilə Rusiya arasında müharibə başlayandan sonra 4-cü görüş bu gün keçirilib. Tərəflərin görüşlər haqqında təsüratları birmənalı deyil. Rusiya tərəfi danışıqların nəticə vermədiyini, Ukrayna tərəfi isə danışıqların nəticəli olacağına ümid etdiklərini deyir.

Türkiyədə tərəflər arasındakı görüşdən əvvəl Çavuşoğlu ayrı-ayrılıqda hər iki tərəfin XİN rəhbəri ilə görüşdü. Daha sonra isə Türkiyənin moderatorluğu ilə tərəflər danışıqlar prosesini apardı.

Rusiya tərəfi nüvə silahından istifadə edə biləcəyi ilə bağlı ABŞ və Avropaya mesajlar verir. Digər tərəfdən. ABŞ Ukraynaya hərbi yardımlar edir. Polşa MİQ-29-ları verəcəyi ilə bağlı fikir səsləndirmişdi. İndi bunu uzadır. Bunun prespektivinin olmadığını görürük. ABŞ və Avropa Ukrayna hava məkanının qapatmaqdan çəkinir. Türkiyə tərəfinin rolu açıq şəkildə görünür və bu, çox önəmlidir. Çavuşoğlu bildirdi ki, bütün bu prosesi Azərbaycanla müştərək həll edir. Azərbaycanın həm Ukrayna ilə, həm də Rusiya ilə yaxşı münasibətləri var. Türkiyənin rolu bayraq diplomatiyasıdır. Burada nə təhdid var, nə qorxu, nə də aldatmaq.

Türkiyə əvvəldən də Ukraynanın hərbi sənayesinin dirçəldilməsində mühüm rol oynayıb. Hətta müştərək layihələri də mövcuddur. Bu müharibə diplomatik yolla həll olunacaqsa, bu yalnız Türkiyənin vasitəçiliyi ilə baş tutua bilər.

Proseslərin gedişatı onu göstərir ki, Rusiyanın istədiyi kimi əməliyyatlar baş tutmadı. Ona görə də diplomatiya kartından istifadə etmək istəyir. Rusiya çalışır ki, hərbi yolla istəyinə nail olmasa, diplomatiya yolu ilə Ukraynadan uduzmuş kimi çıxmasın. Proseslər çox ağır gedir. Rusiyanın çox ağır şərtləri var. Onlar Ukrayna tərəfindən qəbul olunmayacaq.

Zelenski hökuməti Donbas vilayətinin muxtariyyəyi ilə razılaşa bilər. Krımla əlaqədar məsələni gündəmə gətirə bilər.

Rusiya prosesi uduzdu. ABŞ və Qərbin sərt sanksiyaları ilə üzləşdi. Sonda iki variant qalır: Ya məsələlər daha da gərginləşəcək, Rusiya nəyin bahasına olursa-olsun, işğal faktını tam həyata keçirəcək, ya da Zelenski hakimiyyətdən gedəcək və onun yerinə Rusiyanın istəklərini həyata keçirə bilən şəxslər hakimiyyətə gələcək”.

Səxavət Məmməd

www.yenicag.az

739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv