!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukraynada döyüş əməliyyatları qış aylarında da davam edəcək” – Amerikalı general

!Reklam – Yazi

“Qərb Ukraynaya vəd etdiklərini vaxtında çatdırsa, Rusiya fevralın 23-dəki mövqelərinə geri oturdulacaq”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Ukraynaya hərbi təcavüzü çərçivəsində müharibənin nə qədər davam edə biləcəyini şərh edən ABŞ-nin Avropadakı hərbi qüvvələrinin sabiq komandanı general Ben Hoces deyib.

Generalın fikrincə, Ukraynada döyüş əməliyyatlarının qarşıdakı qış aylarında davam etmək ehtimalı böyükdür:

“Artıq cəbhədə vəziyyət Ukraynanın xeyrinə dəyişməkdədir və Rusiyanın hərbi qüvvələri, xüsusilə logistik problemlərlə üzləşərək əhəmiyyətli dərəcədə tükəniblər.

Hesab edirəm ki, Qərb Ukraynaya vəd etdiklərini vaxtında çatdırsa, Rusiya bu ilin sonuna qədər fevralın 23-dəki mövqelərinə geri oturdulacaq.

O baxımdan, belə düşünürəm ki, Ukraynada döyüş əməliyyatları qarşıdakı qış aylarında da davam edəcək”.

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv