!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada düşmən, Suriyada müttəfiq: “ABŞ və Rusiyanın çox asanlıqla dil taparaq Türkiyə əleyhinə...” – ŞƏRH

!Reklam – Yazi

“Əsəd qüvvələrinin on ildən sonra Suriyanın şimalındakı ərazilərə daxil olması bu pərdəarxası anlaşmanın nəticəsidir”.

Bu fikirləri Türkiyənin Suriyanın şimalında nəzərdə tutduğu yeni hərbi əməliyyat ərəfəsində bölgədə yaranmış vəziyyəti dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Eksper bildirib ki, bölgədə şəraitin qarışıq olmasına baxmayaraq, Türkiyə hərbi əməliyyat hazırlığını davam etdirməkdədir:

“Doğrudan da, Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü ərəfəsində Suriya teatrında çox mürəkkəb bir vəziyyət yaranıb. ABŞ, Rusiya və İran Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyat keçirmək planına hər yolla mane olmaq cəhdlərini davam etdirirlər.

O baxımdan, bu üç dövlətin anlaşması əsasında Əsəd qüvvələrinin Türkiyənin əməliyyat keçirəcəyi bölgələrdə yerləşməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Bu dəyişiklik artıq o deməkdir ki, Türkiyə əməliyyata başlayacağı təqdirdə terrorçularla yanaşı dörd ölkənin ordusu ilə toqquşa bilər.

Göründüyü kimi, Suriyanın şimalında situasiya olduqca qarışıqdır. Çox maraqlıdır, təsəvvür edin, ABŞ və Rusiya Ukraynada qarşı-qarşıya olduqları halda, Suriyada Türkiyə əleyhinə çox asanlıqla dil taparaq ortaq mövqe tuta bilirlər. Şübhə yoxdur ki, Əsəd qüvvələrinin on ildən sonra Suriyanın şimalındakı ərazilərə daxil olması bu pərdəarxası anlaşmanın nəticəsidir.

Yaranmış şəraitin qarışıqlığına baxmayaraq, Türkiyə hərbi əməliyyat hazırlığını davam etdirməkdədir. Aydın məsələdir, Türkiyənin oradakı dəyişikliklərdən çəkinib geri addım atacağı gözlənilmir. Bu, dövlətin nüfuzuna zərbə olardı. Ancaq mövcud realllıqda birbaşa əməliyyata başlamaq genişmiqyaslı müharibə riskini xeyli artıra bilər.

Bu səbəbdən, Türkiyə, Rusiya və İran prezidentlərinin Tehranda sabah keçiriləcək görüşü son dərəcə böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Türkiyənin Suriyanın şimalında nəzərdə tutduğu əməliyyatın keçirilib-keçirilməməsi də danışıqlarda Ankaranın maraq və tələblərinin nə dərəcədə nəzərə alınmasından asılı olacaq”.

A.Zeynalov

www.yenicag.az

637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv