Ukraynada helikopter qəzası: Daxili işlər naziri, müavini və dövlət katibi həlak oldu – FOTO / VİDEO – YENİLƏNDİ
Yanvarın 18-də Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası baş verib. Helikopter uşaq bağçasına düşərək yanmağa başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın hüquq-mühafizə orqanları məlumat verib.
Məlumatda bildirilib ki, qəza nəticəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkovi həlak olublar.
Helikopter qəzasında ümumilikdə ikisi uşaq olmaqla 16 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib.
10-u uşaq olmaqla xəsarət alanlar xəstəxanaya yerləşdirilib
Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım maşınları və polis cəlb olunub.
***
Son məlumata görə, ölənlərin sayı 18-ə çatıb. Onlardan üçü uşaqdır.
Bundan başqa, 26 nəfərin yaralandığı qeyd edilib.