!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada helikopter qəzası: Daxili işlər naziri, müavini və dövlət katibi həlak oldu - FOTO / VİDEO - YENİLƏNDİ

!Reklam – Yazi

Yanvarın 18-də Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası baş verib. Helikopter uşaq bağçasına düşərək yanmağa başlayıb. 

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın hüquq-mühafizə orqanları məlumat verib.

Məlumatda bildirilib ki, qəza nəticəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkovi həlak olublar.

Helikopter qəzasında ümumilikdə ikisi uşaq olmaqla 16 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib.

10-u uşaq olmaqla xəsarət alanlar xəstəxanaya yerləşdirilib

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım maşınları və polis cəlb olunub.

***

Son məlumata görə, ölənlərin sayı 18-ə çatıb. Onlardan üçü uşaqdır.

Bundan başqa, 26 nəfərin yaralandığı qeyd edilib.

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv