!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ukraynada hərbi əməliyyatlar bu tarixdə sonlanacaq" - POLKOVNİK

!Reklam – Yazi

“Ukraynada hərbi əməliyyatlar payızda bitə bilər”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatların nə zaman bitəcəyi ilə bağlı proqnozlarını bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Anatoli Matviyçuk deyib.
O, bildirib ki, Ukraynanın hücum və müdafiə üçün resursları olmadığından döyüşlər bu ilin payızına qədər başa çata bilər:

“İndi yazılanlar tamamilə absurddur. Ukraynanın döyüşmək üçün resursu, demək olar, tükənib. Düşünürəm ki, hərbi əməliyyatlar payızın sonuna kimi başa çatacaq. Çünki Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı qaldırdığı qüvvələr və vasitələr artıq nə müdafiə, nə də hücum məsələlərini həll etmək iqtidarındadır.

Kiyevdə elan edilən əks-hücum əməliyyatı nə Ukraynanın, nə də Qərbin hazırladığı plana uyğun baş verdi. Başladılan əks-hücum əməliyyatlarında Ukrayna demək olar ki, heç bir uğur əldə etməyib. Və böyük itkilərə məruz qalıb. Bu səbəbdən döyüşlərin uzun müddət çəkəcəyi inandırıcı deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv