!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik müddəti uzadıldı - QƏRAR

!Reklam – Yazi

Ukrayna parlamenti ölkədə hərbi vəziyyətin uzadılmasına dair qərar qəbul edib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukrayna Ali Radası ölkə prezidenti Vladimir Zelenskinin növbəti qanunvericilik təşəbbüsünü dəstəkləyib.

Məlumata görə, Ali Rada prezidentin təqdimatına uyğun olaraq, ölkə ərazisində hərbi vəziyyətin bu il noyabrın 21-nə qədər uzadılmasını qərara alıb.

Bundan başqa, Radanın digər qərarına əsasən, Ukraynada ümumi səfərbərlik müddəti də noyabrın 21-nə kimi uzadılıb.

Qeyd olunur ki, Radanın bundan əvvəlki qərarında hərbi vəziyyətin bu il avqustun 23-nə qədər qüvvədə olması nəzərdə tutulurdu.

Ukraynada hərbi vəziyyətin qüvvədə olduğu müddətdə 18-60 yaşlı kişilərin ölkədən çıxışına qadağa qoyulur.

Eyni zamanda, komendant saatı tətbiq edilir, yerli vətəndaşlarının, o cümlədən əcnəbilərin ölkə ərazisində hərəkət sərbəstliyi məhdudlaşdırılır.

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv