!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ukraynada müharibə bu tarixdə bitəcək" - EKSTRASENS

!Reklam – Yazi

“Rusiya tam qələbə qazanacaq, buna heç bir şübhə yoxdur. 2025-ci ildən sonra vəziyyət aradan qalxacaq”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya ilə Ukrayna arasındakı mövcud vəziyyətin yaxın gələcəkdə necə cərəyan edəcəyindən, nə zaman bitəcəyindən danışan ekstrasens Adelina Panina deyib.

O, bildirib ki, hazırda Ukrayna tərəfi iyrənc xarakterli işlərlə məşğuldur:

“Kiyev rejimi döyüş meydanında uğur əldə etməyin mümkün olmadığını başa düşür. Ona görə də təxribatlara təkcə havadan deyil, içəridən də əl atmağa çalışır. Təxribat törədilməsi üçün müəyyən şəxslərə pul ödəyirlər. Bu vəziyyət hələ bir müddət davam edəcək.

Ukraynadakı döyüş əməliyyatları müəyyən dövlətlər üçün maliyyə baxımından çox faydalıdır, ona görə də hələlik müharibə davam edəcək. Rusiya tam qələbə qazanacaq, buna heç bir şübhə yoxdur. 2025-ci ildən sonra vəziyyət aradan qalxacaq.

Yaxın gələcəkdə dəniz yoluna xüsusi diqqət yetiriləcək. Su bəzi problemlər yarada bilər. Amma Rusiya çox planlı şəkildə hərəkət edəcək. Su ilə bağlı məsələlərin həlli Rusiyanı bütün dünyanın mərkəzinə daşıyacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv