!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı 323-ə çatdı

!Reklam – Yazi

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 323 uşaq ölüb, 587 uşaq isə yaralanıb. Zərərçəkmiş uşaqların sayı isə 910-a çatıb.

Yenicag.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2 052 təhsil müəssisəsinə ziyan dəyib, 210-i isə tamamilə dağılıb.

Qeyd edək ki, 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb.

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv