!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada müharibənin gedişinə təsir göstərəcək AMİLLƏR: Detallar AÇIQLANDI

!Reklam – Yazi

“Həm maliyyə yardımı, həm də raketlər müharibənin gedişinə təsir göstərəcək”.

Bu fkiri Yenicag.az-a açıqlamasında ABŞ-ın Ukraynaya 61 milyard maliyyə yardımı etməsi və bunun müharibənin gedişinə təsirini dəyərləndirən politoloq Yusif Bağırzadə səsləndirib.

Yusif Bağırzadənin sözlərinə görə, müharibələrin gedişi ABŞ-da keçiriləcək prezdent seçkilərinin nəticələrinə ciddi təsir edəcək.

“Aviyevka əməliyyatında Ukraynanın ali baş komandanı dəyişdi, Zalujnın yerinə Sırski gətirildi. Sırski geri çəkilmək taktikasını seçdi.

ABŞ konqresi Ukraynaya maliyyə yardımı ayırmağa qarşı çıxırdı. Bu, düzgün taktika idi. ABŞ geri çəkilmələrdən sonra maliyyə yardımı ayırmağa qərar verdi”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, ayrılan 61 milyardın 14 milyardı Ukrayna dövləti öz baxışlarına görə xərcələyəcək:
“Bundan əlavə, 300 km uzaqlıqdakı məsafəni vuran raketlər də Ukraynaya verildi. Həm maliyyə yardımı, həm də raketlər müharibənin gedişinə təsir göstərəcək.

45 gün ərzində ABŞ Dövlət Departamenti və Pentaqon o pulların hara sərf edilməsi ilə bağlı yol xəritəsi hazırlamalıdır. HƏMAS İsrail və Ukrayna Rusiya müharibəsi ABŞ-da noyabr ayında keçiriləcək prezdent seçkilərinin nəticələrinə təsir göstərəcək”.

Səxavət Məmməd

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv