!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada raketlə dağıdılmış evdə ölənlərin sayı 24-ə çatdı 

!Reklam – Yazi

Ukraynanın Çasovoy Yar şəhərində beşmərtəbəli yaşayış binasında xilasetmə əməliyyatları zamanı daha iki nəfərin meyiti tapılıb. Bununla da ölənlərin ümumi sayı 24-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.

Xilasedicilər bildiriblər ki, dağıntılar altında daha beş nəfərin meyiti müşahidə edilir.

Doqquz nəfər isə xilas edilib.

Qeyd edək ki, iyulun 10-da Rusiya ordusu Çasovoy Yar şəhərinə raket zərbələri endirib. Nəticədə beşmərtəbəli binada 20 nəfər həlak olub, daha 20 nəfərin dağıntılar altda qalması ehtimal olunurdu.

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv