!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada XARİCİ LEGİON: Rusiyaya qarşı hansı ölkənin könüllüləri döyüşür?

!Reklam – Yazi

Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynaya dəstək məqsədilə müxtəlif ölkələrdən könüllü döyüşçülər gəlməkdədir.

Yenicag.az Ukraynadakı mənbələrə istinadən xəbər verir ki, Rusiya təcavüzünə qarşı döyüşmək məqsədilə formalaşdırılan Xarici Legiona qoşulmaq üçün ABŞ, Kanada, Böyük Britaniya, Niderland və başqa ölkələrdən keçmiş döyüşçülər və xilasedicilər, o cümlədən, sıravi vətəndaşlar Ukraynaya axın etməkdədirlər.

Onlar Ukrayna prezidenti Vladimir Zelenskinin dəstək çağırışına səs verərək, Rusiyaya qarşı döyüşməyə hazır olduqlarını bildiriblər.

Bu məsələni diqqətdə saxlayan Böyük Britaniyanın “The Independent” nəşrinin məlumatına əsasən, artıq onlarla əcnəbi Xarici Legiona üzv olmaq üçün Ukraynaya gəlib.

Xatırladaq ki, Zelenski bir neçə gün əvvəl xarici ölkələrə səslənərək, Ukrayna ordusuna dəstək üçün əcnəbiləri dəvət etmişdi:

“Kim Ukrayna, Avropa və dünyanın müdafiəsinə qoşularaq, ölkəmizə gələrək ukraynalılarla çiyin-çiyinə Rusiya hərbi cinayətlərinə qarşı döyüşə bilər”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə bildirib ki, Zelenskinin həmin çağırışından sonra yüzlərlə əcnəbi Ukraynaya gəlib hərbi əməliyyatlarda iştirak üçün müraciət edib.

Ukrayna rəhbərliyi bunu nəzərə alaraq, “Ukraynanın ərazi müdafiəsi üçün Beynəlxalq Legion”un yaradılmasına qərar verib. Legiona qoşulmaq istəyənlərin Ukraynaya giriş prosedurları da sadələşdiriləcək.

www.yenicag.az

1584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv