Ukrayna ordusunun həyata keçirdiyi hərbi təlimlər faciəylə yekunlaşıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynada hərbi təlimlər zamanı mərmi partlayıb. Nəticədə 3 əsgər ölüb, 9-u isə yaralanıb.
İlkin məlumata görə, mərmi partladıqdan sonra ətrafa çoxlu sayda qəlpə yayılıb ki, bu da əsgərlərin müxtəlif bədən nahiyələrindən xəsarət almasına səbəb olub.
Partlayışın ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.