!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynadan Gürcüstana diplomatik JEST: Tiflisə yeni səfir təyin olundu

!Reklam – Yazi

Ötən ildən etibarən gərginləşən Ukrayna-Gürcüstan münasibətlərinin normallaşdırılmasına cəhd edilir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Vladimir Lukyanov Ukraynanın Gürcüstandakı yeni səfiri təyin olunub.

Onun yeni vəzifəsinin icrasına bu il fevralın ilk günərindən başlayacağı bildirilir.

Diplomatik mənbənin bildirdiyinə görə, bu çərçivədə bütün zəruri prosedurlar artıq yekunlaşdırılıb.

Qeyd olunur ki, bu, onun ilk diplomatik missiyası olacaq. Lukyanov buna qədər Ukrayna Xarici İşlər Nazirliyində (XİN) Maliyyə-İnzibati Departamentə rəhbərlik edib.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər ötən ildən, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra pisləşib. Gürcüstanın Rusiyanı təcavüzkar ölkə kimi tanımaqdan imtina etməsindən sonra Ukrayna keçən ilin martında Tiflisdəki səfiri İqor Dolqovu geri çağırmışdı. İyun ayında isə Dolqov öz vəzifəsindən azad edilmişdi.

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv