!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynadan Putinə "hədiyyə": “Krım körpüsü mesajdır” - ŞƏRH

!Reklam – Yazi

“Krım körpüsünün partladılması Rusiya işğal etdiyi əraziləri öz ərazisinə birləşdirsə belə Ukraynanın azadetmə əməliyyatlarını dayandırmayacağının mesajı idi”.

Bunu Krım körpüsünün partladılması fonunda Ukrayna-Rusiya münaqişəsinin gedişatını şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi (BMDAM) sədri Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Putinin səfərbərliyə 300 min əsgər toplamasına səbəb isə müharibəyə daha yaxşı hazırlaşmaqdır:

“Rusiyanın Ukrayna üzərində işğalçılıq siyasəti artıq 8 aydır ki, davam edir. Son bir ay ərzində müharibənin ikinci mərhələsinin başlandığının şahidiyik. İkinci mərhələ Ukraynanın əks-hücum əməliyyatlarının başlanması və ərazilərin işğaldan azad olunmasıdır.

Sentyabrın 30-u keçirilmiş saxta referendum nəticələri açıqlandı. Putin referendumla dünyaya mesaj verdi ki, Rusiyaya birləşdirilən ərazilərə Ukraynanın hücumu müharibənin başlanğıcı olacaq. Səfərbərliyə 300 min əsgər toplamasına səbəb isə müharibəyə daha yaxşı hazırlaşmaqdır. Çünki Ukraynaya göndərilən güclü təlim keçmiş hərbçilər belə məhv edildi.

ABŞ və Avropa ölkələrinin Ukraynaya hərbi dəstək yardımı isə Rusiyanı zəiflətdi. Ukraynanın itkiləri olsa belə irəliləməyə davam edir. Müharibənin qısa vaxt ərzində sonlanacağı gözlənilmir.
Ukrayna daha öncə Krım hava limanını partlatdığı kimi, bu gün Krım körpüsünü partlatdı. Bu, Rusiyaya işğal etdiyi yerləri öz ərazisinə birləşdirsə belə azadetmə əməliyyatlarını dayandırmayacaqlarının mesajı idi .

Putin dəfələrlə hər danışığa razı olduğunu bildirsə də, Ukrayna sülh olacağı təqdirdə ərazilərini itirəcəyini dərk edir.

Nəticə etibarilə, Ukrayna Krım da daxil olmaqla bütün işğal olunmuş əraziləri azad etmədən dayanmayacaq. Ukrayna sərhədləri 2014-cü ildən əvvəl olduğu kimi olarsa, danışıqlar mümkün ola bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv