!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynadan Putinin atəşkəs qərarına reaksiya: "İkiüzlülükdür"

!Reklam – Yazi

Ukrayna Prezidentinin dəftərxanası Rusiyanın 6 və 7 yanvar tarixlərində elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

O, qeyd edib ki, Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür.

“Rusiya əlavə səfərbərlik həyata keçirmək, işğal olunmuş ərazilərdə genişmiqyaslı istehkamlar qurmaq və ordunu yenidən qruplaşdırmaq üçün vaxt qazanmaq istəyir. Bu, Putinin “müvəqqəti atəşkəs” haqqında göstərişinin kinli mənasıdır. Bayağı hiylə. Bunda müharibəni bitirməyə zərrə qədər də istək yoxdur. Üstəlik, nəzərinizə çatdırım ki, mülki obyektlərə yalnız Rusiya raketlərlə hücum edir. Dini ayinlərin keçirildiyi yerlər də daxil olmaqla və bunu məhz bayram Milad günlərində edir. Ona görə də bir daha Rusiya Federasiyası rəhbərliyinin bilərəkdən manipulyasiya təşəbbüslərinə reaksiya verməyə ehtiyac yoxdur”, – Podolyak bildirib.

Qeyd edək ki, Putin 6 yanvar saat 12:00-dan 7 yanvar 00:00-dək atəşkəs olunması ilə bağlı əmr verib./Qafqazinfo/

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv