!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynadan Qərbə ÇAĞIRIŞ: “Bu savaşda qalib gəlməyimizə kömək edin”

!Reklam – Yazi

Davos forumunda çıxış edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərb ölkələrinə çağırış edib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, ukraynalı nazir Qərbin son dövrlərə qədər yürütdüyü “Putinin sakitləşdirilməsi” siyasətinin iflasa uğradığını bildirib.

Kuleba Qərbi təcavüzkar Rusiyaya güzəştə getməyi istəməkdənsə, Ukraynanın bu savaşda qalib gəlməsi üçün yardım göstərməyə çağırıb:

“Mənim cavabım Putinin sakitləşdirilməsi üçün Ukraynanın Rusiyaya daha bir güzəştə getməsinə inananlara yönəlib. Bu siyasət dünyanın aparıcı ölkələri tərəfindən 2014-cü ildən 2022-ci il fevralın 24-nə qədər aparılıb: müharibənin önlənməsi üçün bu və ya başqa güzəştə gedin.

Bütün bunlar iflasa uğrayıb. Ona görə də, səkkiz il bu siyasətdən imtina olunmaması Kiyevin raket zərbələrinə məruz qalması və Donbasda qan tökülməsinə gətirib çıxardı. Bu səbəbdən, Putinə güzəştə getməyimizi istəməkdənsə, Ukraynanın bu savaşda qalib gəlməsi üçün yardım göstərin”.

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv