!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynadan Rusiyanın “PDM-li reyd” iddiasına CAVAB: “Belə feyk məlumatlarla...”

!Reklam – Yazi

Rəsmi Kiyev Moskvanın Ukrayna hərbçilərinin Rostov vilayətinə “hücumu” haqda iddiasını təkzib edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyevdəki mənbələrə əsaslanan “Reuters” agentliyi yayıb.

Məlumatda qeyd olunub ki, Ukrayna rəsmiləri ölkə hərbçilərinin PDM-lərin dəstəyi ilə Rusiyanın Rostov vilayətinə daxil olduqlarına dair Moskvanın iddiasını rədd ediblər. Onlar Rusiyanın belə feyk məlumatlar yaymaqla öz marağına uyğun zəmin yaratmağa çalışdığını vurğulayıblar.

Xatırladılıb ki, bu gün Rusiya mənbələri Ukraynanın diversiya-kəşfiyyat qrupunun Rostov vilayətinə keçdikləri və toqquşma zamanı qrupun 5 üzvünün öldürüldüyü barədə informasiya yayıblar.

Xəbərdə diversiya-kəşfiyyat qrupunun döyüş zonasından çıxarılması üçün göndərilmiş Ukraynaya məxsus 2 PDM-in vurulduğu da iddia olunub.

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv