!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukraynadan Rusiyaya 5100 uşaq aparılıb” – Zelenskinin xüsusi nümayəndəsi

!Reklam – Yazi

Müharibə başlayandan bəri Ukraynadan Rusiyaya minlərlə azyaşlının aparıldığı dəqiqləşdirilib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin uşaq hüquqları üzrə xüsusi nümayəndəsi Darya Gerasimçukun açıqlamasında qeyd olunub.

Gerasimçukun sözlərinə görə, zorla Rusiyaya aparılan ukraynalı uşaqlar arasında valideynlərini itirən, valideyn himayəsindən məhrum olan və valideynlərindən ayrı düşən azyaşlılar var:

“Bu məlumatlar uşaqların deportasiyası üzrə məsələlərlə məşğul olan Milli İnformasiya Bürosu tərəfindən dəqiqləşdirilib.

Bəli, indi deyə bilərik ki, hazırda Büroya 5100 uşaq haqqında müraciət daxil olub. Belə müraciətlər quruma hər gün daxil olmaqda davam edir”.

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv