!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynadan taxıl ixracı münaqişədən əvvəlki həcminə çatdı

!Reklam – Yazi

Avqustda Ukraynadan taxıl ixracı münaqişədən əvvəlki həcminə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, intensiv beynəlxalq əməkdaşlıq sayəsində Ukrayna avqstda təxminən 4 milyon ton dənli bitki ixrac edəcək.

Fevralın 24-də Rusiya ilə münaqişə başlayanadək Ukrayna hər ay orta hesabla 5 milyon ton dənli bitki ixrac edirdi. Martda isə ixracın dayanması dünyada dənli bitkilərin bahalaşması ilə nəticələndi.

22 iyulda Türkiyə və BMT-nin vasitəşiliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında imzalanan sazişdən sonra ixracat bərpa edilib.

www.yenicag.az

184
Ads
www.veteninfo.com
!Reklam – Arxiv