!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynalı idmançı Almaniyada ÖLDÜRÜLDÜ

!Reklam – Yazi

Ukraynalı basketbolçu Vladimir Yermakov Almaniyada öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Basketbol Federasiyası yayıb. Bildirilir ki, 17 yaşlı ukraynalı basketbolçu Vladimir Yermakov Almaniyada faciəli şəkildə ölüb.
Kiyev Basketbol Federasiyası əlavə edir ki, oğlan hücum nəticəsində dünyasını dəyişib.
Hücum Düsseldorfda baş verib.

17 yaşlı idmançıya və dostuna bıçaqla hücum edilib.
Həkimlər basketbolçunu xilas edə bilməyiblər. Onun dostu reanimasiyadadır.

Bəzi Ukrayna mediasının yazdığı kimi, uşaqlar ukraynalı olduqları üçün hücuma məruz qalıblar.

Xuraman Etibarlı

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv