!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynalı məcburi köçkünlərin sayı AÇIQLANDI

!Reklam – Yazi

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində ukraynalıların 3,9 milyonu qaçqın, 6,5 milyonu isə məcburi köçkün olub.

Yenicag.az xəbər verir ki, bu açıqlama ilə BMT-nin baş katibinin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya BMT-də Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib.

BMT rəsmisi əlavə edib ki, martın 27-nə olan məlumatlara görə, hərbi toqquşmalar nəticəsində Ukraynada 99-u uşaq olmaqla, 1 119 nəfər mülki şəxs həyatını itirib.

Ukrayna Baş Prokurorluğunun bu gün yaydığı məlumata görə isə, fevralın 24-dən Rusiyanın Ukraynada başlatdığı müharibədə 145 uşaq ölüb, daha 222 uşaq yaralanıb.

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv