!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynalı oliqarx və iş adamları kütləvi şəkildə ölkəni tərk edirlər - SİYAHI

!Reklam – Yazi

Oliqarxlar və iş adamları çarter reysləri və şəxsi təyyarələrlə Ukraynanı tərk edirlər.
Yenicag.az xəbər verir ki, bu haqda məlumatı “Ukrayinska Pravda” yayıb.

Məlumata görə, təkcə bazar günü Ukraynanın ən zəngin adamlarının olduğu 20-yə yaxın təyyarə Kiyevdən havaya qalxıb. Nəşrin məlumatına görə, son 6 il ərzində aparılan müşahidələr ərzində bu qədər sayda şəxsi uçuşlar olmayıb.

Havaya qalxan təyyarələrdən biri də milyarder Rinat Axmetovun (Ukrayna Forbes jurnalında birinci yer) təyyarəsi olub. Onun özü də yanvarın 30-da Kiyev-Sürix reysi ilə ölkəni tərk edib.

UP-nin məlumatına görə, Kiyev-Vyana marşrutu üzrə 50 nəfərlik şəxsi təyyarəni Müxalifət Platformasının müavini, milyonçu İqor Abramoviç sifariş edib. Bundan əvvəl Ukrayna parlamentinin deputatları da daxil olmaqla, azı daha səkkiz iş adamının ölkəni tərk etdiyi də bildirilir.

Boris Kolesnikovun təyyarəsi də Kiyevdən uçub (ən varlı 100 ukraynalının reytinqində 55-ci yer). Rəsmi versiyaya görə, təyyarə Praqaya sırf texniki xidmət üçün uçub.

Biznesmen və oliqarx Viktor Pinçuk da Ukraynanı tərk edib.

Fevralın 10-da ukraynalı iş adamı, deputat Vadim Novinski Kiyev-Münhen reysi ilə yola düşüb.

Dörd gün əvvəl korteji bir adamı öldürən ukraynalı iş adamı və siyasətçi Oleksandr Yaroslavski də xaricə gedib.

Fevralın 13-də iş adamları Andrey Stavnitser (rəsmi olaraq ezamiyyətdə) və Vadim Nesterenko Ukraynanı, fevralın 12-də Vadim Stolar və Vasili Xmelnitski, öz mətbuat xidmətinin məlumatına görə, məşq üçün komanda ilə birlikdə uçublar.

Xatırladaq ki, ümumilikdə 38 ölkə artıq öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib. Onların arasında ABŞ, Meksika, demək olar ki, bütün Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, İsrail və Yaponiya var./Qaynarinfo/

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv