!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukraynalılar müdafiə olunmasaydı, Moldova da Rusiyanın hərbi təcavüzünə məruz qalacaqdı” – İtaliyanın Baş naziri

!Reklam – Yazi

“Bizi keçmişin ən ağır illərinə qaytarmaq istəyənlərə imkan verməyəcəyimizi göstərmək üçün buradayıq”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri İtaliyanın Baş naziri Giorgia Meloni Kişinyovda təşkil olunan Avropa Siyasi Birliyinin sammitindəki çıxışında səsləndirib.

Onun sözlərinə görə, Ukrayna hazırda Avropanın təhlükəsizliyi və beynəlxalq hüquq uğrunda döyüşür:

“Açıq deyə bilərik ki, ukraynalılar müdafiə olunmasaydı, Moldova da Rusiyanın hərbi təcavüzünə məruz qalacaqdı. O baxımdan, Ukrayna hazırda Avropanın təhlükəsizliyi və beynəlxalq hüquq uğrunda döyüşür, mübarizə aparır.

Hərbi təcavüz riski ilə üzləşən Moldovada belə bir tədbirin keçirilməsini alqışlayırıq. Biz Ukraynaya kömək etməsək və ukraynalılar indiki kimi döyüşə bilməsələr, təcavüz riski daha da artar.

Bizi keçmişin ən ağır illərinə qaytarmaq istəyənlərə imkan verməyəcəyimizi göstərmək üçün buradayıq. Dünya liderləri bu sammitə ona görə toplaşıblar ki, Avropanın sadəcə klub olmadığını, yalnız qayda və maraqları ehtiva etmədiyini, tam bir sivilizasiya olduğunu nümayiş etdirsinlər”.

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv