!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynalılarla azərbaycanlılar arasında kütləvi dava – VİDEO

!Reklam – Yazi

451993Ukraynanın Odessa şəhərində azərbaycanlıların iştirakı ilə kütləvi dava baş verib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bu barədə ictimai fəal Viktoriya Sibir öz “Facebook” səhifəsində xəbər verib.

Hadisə iyulun 10-da gecə yarısında şəhərin mərkəzində yerləşən Deribasovsk küçəsində baş verib. Hadisə şahidləri bildirib ki, gecə saatlarında Deribasovsk küçəsindən Qorsad qarşısına Preobrajensk tərəfə böyük sürətlə hərəkət edən qara BMW avtomobili yol qaydalarını pozaraq keçib. O istiqamətdə yol bağlı olduğundan maşın geri çevrilərək arxaya qayıdıb.

Qayda pozanları küçənin ortasında artıq bir qrup Odessa sakinləri gözləyirdi. Sakinlər qara BMW-də olanlara izah etməyə çalışıblar ki, bu piyadalar üçün nəzərdə tutulan küçədir və burada avtomobil yarışları keçirmək olmaz. Bu zaman avtomobildə olan beş nəfər Azərbaycan sakini yerli sakinlərlə kobud formada danışıb.

Mübahisə getdikcə qızışıb. Danışıqların gedişatında BMW sürücüsü sükan arxasına oturaraq Odessa sakini Anatoli Mazuru vurub və hətta onu avtomobilin kapotunda 300 metrə qədər aparıb. Orada BMW-ni təsadüfən ərazidən keçən şəxsi mühafizə firmasının patrulu dayandırıb. Üç saatdan çox davam edən mübahisə yerinə beş polis maşını ekipajı toplaşıb. Azərbaycanlılardan biri baş verənləri lentə alan şəxsin əlindən telefonunu zorla alıb. Faktla bağlı xuliqanlıq maddəsiylə iş açılıb, araşdırmalar aparılır.

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv