!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanı “vuran” “Shahed-136” PUA-larının istehsalına dəstək verən Qərb şirkətləri – SİYAHI

!Reklam – Yazi

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündə geniş istifadə olunan “Shahed-136” PUA-larının istehsalına yardım edən şirkətlər müəyyənləşib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bir sıra Qərb ölkələrinin şirkətləri “Shahed-136” PUA-larının istehsalında İranla aktiv əməkdaşlıq edirlər.

Məlumata görə, sözügedən dronların istehsalında Qərb ölkələri şirkətlərinin hazırladığı komplektlər həlledici rol oynayır.

Bu barədə xüsusi hesabat hazırlayan Müstəqil Antikorrupsiya Komissiyası həmin şirkətlərin siyahısını açıqlayıb:

Adesto Technologies (ABŞ);

Analog Devices (ABŞ);

Freescale (ABŞ); Hemisphere (ABŞ);

Hitec USA Group (ABŞ);

International Rectifier (ABŞ);

Marvell Technology (ABŞ);

Maxim Integrated (ABŞ);

Micrel Semiconductor (ABŞ);

Micron Technology (ABŞ);

Texas Instruments (ABŞ);

Murata Manufacturing (Yaponiya);

Tallysman (Kanada);

STMicroelectronics (İsveçrə).

Qeyd olunur ki, siyahıya daxil edilən şirkətlərə müvafiq sorğular göndərilsə də, onlardan yalnız bir neçəsi məsələyə münasibət bildirərək Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyib və öz məhsullarının ixracına nəzarəti gücləndirəcəklərini vurğulayıblar.

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv