!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın açıqlanmayan SAVAŞ İTKİLƏRİ: “Düşmən üçün işləməyin və...” – Nazir müavini

!Reklam – Yazi

“İtkilərin açıqlanmaması düşmənin bu rəqəmlərdən öz məqsədləri üçün istifadə etməməsi düşüncəsindən irəli gəlir”

Yenicag.az xəbər verir ki, bunu Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Nazir müavini bildirib ki, düşmənin məxfi məlumatlara çıxışının qapadılması üçün Ukraynanın Rusiya ilə müharibədə məruz qaldığı itkilərin sayı və miqyası hələlik açıqlanmayacaq:

“Hərbi vəziyyət dövründə itkilərin sayı dövlət sirri kateqoriyasına daxildir. İtkilərin açıqlanmaması düşmənin bu rəqəmləri bilməməsi və onlardan öz məqsədləri üçün istifadə etməməsi düşüncəsindən irəli gəlir.

Həmin statistikaları ictimai şəkildə araşdırmağa çalışan vətəndaşlara və ictimai təşəbbüskarlara müraciət edirik: Düşmən üçün işləməyin və hərbi vəziyyət bitənə qədər bu rəqəmləri açıqlamayın”.

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv