!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukraynanın bu addımı çarəsizlikdən xəbər verir” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Ukrayna Silahlı Qüvvələrinin Krımdakı Çonqar körpüsünə endirdiyi raket zərbəsi Zaporojye və Xerson vilayətlərində rus qoşunlarını təchizatına ciddi şəkildə mane ola bilməyəcək. Bunu sadəcə “çarəsizlik aktı” adlandırmaq olar”.

Yenicag.az xəbər verir ki, bunu hərbi ekspert, bloger Yuri Podolyaka deyib.

O, bildirib ki, Krımla əlaqəni Xerson vilayətindən kəsmək, Çonqar və Geniçesk istiqamətindəki keçidləri dağıtmaq mümkün deyil:

“Çünki hələ də Armyanskdan qərbə doğru uzanan yol var. Bəli, mülki nəqliyyat, xüsusən də sərnişin daşımaları üçün bu, böyük problemlər yaradacaq, lakin hərbi nəqliyyat üçün heç bir problem olmayacaq.

Körpüyə vurulan zərbə bir növ ümidsizlik aktıdır. İyunun 22-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində üçüncü hücum dalğası başlayıb.

Düşmən Orexovskoye istiqamətində hücumlarını ciddi şəkildə gücləndirib. Döyüşlərin intensivliyi əvvəl olduğu kimi indi də böyük deyil. Bu isə əlbəttə ki, düşmənin əhval-ruhiyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi ilə bağlıdır. Müdafiəmizi yarmaq üçün yeni hansısa taktikadan istifadə edə bilərlər.

Gözləyək, görək. Düşmən impulslarının cənub istiqamətində nə dərəcədə ciddi olduğu artıq bəlli olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv