!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın bu bölmələri rusların hədəfi ola bilər – Moskva Xarkov istiqamətində təzyiqi artırır

!Reklam – Yazi

“ABŞ-n məqsədi Avropanı çətin vəziyyətə salmaq idi”.

Bu fikri Yenicag.az-a açıqlamasında Rusiyanın Ukrayna cəbhəsində irəliləməsi, Qərbin gecikən yardımları, gözlənilən nəticəni şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaladanov səsləndirib.

Şair Ramaladanov bildirib ki, Rusiya Ukrayna müharibəsinin necə başa çatması yönündə iş aparılır.

“Artıq iki ildən çoxdur ki, Qərbin Ukraynanın başına açmadığı oyun qalmayıb. Yardımları planlı, məqsədyönlü şəkildə verirlər. Yardımları elə verirlər ki, Ukrayna bu müharibədə uduzsun. Ona görə ki, ABŞ-n məqsədi Avropanı çətin vəziyyətə salmaq idi. Prinsipcə, buna nail oldular”, – deyə o əlavə edib.

Hərbi ekspert indiki ayırmaların nəticəsi olacağına inanmadığını bildirib.

“Ayrılan pulun hərbi texnikaya çevrilməsi üçün aylar lazım olacaq. Bunu görən Rusiya isə öz imkan və potensialından daha çox istifadə etməyə çalışacaq. Digər tərəfdən, artıq Ukraynanın daxilində, xüsusilə Xarkovda Rusiyaya meyillilik var. Xarkovun daxilində hansı proses gedəcək, onu yaxın zamanda görəcəyik”, – deyə vurğulayıb.

Onun sözlərinə görə, Rusiya iki istiqamətdə hücumlarını təşkil edir:

“Ukraynanın ehtiyatları yox səviyyəsindədir. Ukraynanın Xarkov istiqamətində Rusiyanı durdurması üçün ən azı 20-30 briqada lazımdır. Bu isə Ukraynada yoxdur. Ukrayna ordusunun bir hissəsi Belarus sərhədindədir. Rusiya iki istiqamətdə irəliləyişini təmin edir. Bir istiqamət şimal – Xarkov, digəri isə Odessa istiqamətidir. Bu istiqamətlər biri-birindən çox uzaqdır. Rusiya Xarkov istiqamətində təzyiqi artırır. Ukrayna məcburdur Donbas, Donetsk istiqamətindən bölmələri götürüb, Xarkov istiqamətinə atsınlar. Belə olan halda, Odessa istiqaməti zəifləmiş olur. Bu zaman Rusiya hücumlarını o istiqamətdən davam etdirəcək. Odessa istiqamətindən qoşunların çıxarılıb, Xarkova tərəf gətirilməsi asan məsələ deyil. Yolda həmin bölmələr rusların hədəfi olur.

Ukraynanın səfərbərlik resursu da zəifdir. Güclə, təpiklə avtobusa doldurulub, cəbhəyə aparılan döyüşçüdən heç vaxt döyüşçü olmayacaq.

Müharibənin yekunlaşması üçün danışıqların aparılmasına çalışırlar. Çin rəhbəri Avropaya getdi, sonra isə Putinlə görüşəcək. Hazırda müharibənin necə başa çatacağı yönündə baş sındırırlar”.

Səxavət Məmməd

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv