!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın bu şəhərində partlayış: sağ qalan olmadı

!Reklam – Yazi

Ukraynanın işğal altında olan Kremennaya şəhər şurasında qaz partlayışı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

O qeyd edib ki, partlayış nəticəsində şəhər şurasının binasından sağ çıxan olmayıb:

“Həmin vaxt binada “xalq meri” ilə xain təhlükəsizlik işçilərinin görüşü keçirilib”.

Geraşenko partlayış zamanı həlak olan əməkdaşların sayını açıqlamayıb.

Onun sözlərinə görə, bu partlayışla eyni vaxtda daha bir partlayış baş verib – həmin an başqa bir görüşün keçirildiyi rayon polis şöbəsində eyni hadisə yaşanıb.

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv