!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın cavab HƏMLƏSİ: Kursk və Belqoroda raket zərbələri endirilib

!Reklam – Yazi

Rusiyanın bu gün səhər saatlarında Ukraynanın bir sıra şəhərlərini bombalamasına qarşılıq verilib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukraynanın cavab addımları nəticəsində Kursk və Belqoroddakı hərbi bazalar, o cümlədən 3 S-300 raket kompleksi məhv edilib.

Bundan başqa, Bryanskda yerləşən səfərbərliyə cəlb olunanlar üçün poliqonun da vurulduğu bildirilir.

Daxil olan məlumata əsasən, Burmakino şəhəri yaxınlığında Rusiya Müdafiə Nazirliyinin silah anbarında yanğın başlayıb.

Bu barədə danışan Ukraynanın hakim partiyasından olan deputat Yuri Mısyaqin əsas zərbənin Kursk vilayətindəki Qluşovsk rayonuna endirildiyini deyib.

Rusiyanın bəzi “Telegram” kanalları da ölkənin bir çox hərbi obyektinə zərbələr endirildiyinə dair məlumat yayıblar.

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv