!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın dəyişməyən GÖZLƏNTİSİ: “ABŞ və britaniyalı tərəfdaşlarla görüşdən...”

!Reklam – Yazi

“Müttəfiqləri cəbhə boyunca yaranmış əməliyyat şəraiti haqqında ətraflı məlumatlandırdım”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ və Böyük Britaniyadan olan hərbi heyətlə görüş haqqında danışan Ukrayna Silahlı Qüvvələrinin komandanı general Valeri Zalujnı deyib.

Onun sözlərinə görə, məhsuldar keçən görüşdən sonra “yaxşı xəbər”lərə olan ümidlər artıb:

“Amerikalı və britaniyalı tərəfdaşlarla görüş baş tutdu. Geniş tərkibli məsələlər ətrafında konstruktiv danışıqlar aparıldı.

Müttəfiqləri cəbhə boyunca yaranmış əməliyyat şəraiti haqqında ətraflı məlumatlandırdım.

Eyni zamanda, komandirləri də dinlədik və qoşun birləşmələrində mövcud olan problemləri müzakirə etdik. Ön cəbhədə hadisələrin mümkün inkişafına dair mövqeyimizi bildirdik.

Həmçinin Ukrayna ordusunun ehtiyacları barəsində danışdıq. Yaxşı xəbərlər gözləyirik”.

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv