!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın düşdüyü çətin vəziyyət: "Artıq ordu nəzarətdən çıxır, koordinasiya itir"

!Reklam – Yazi

“Əvvəl şəhərlərin ətrafında döyüşlər gedirdisə də, indi müharibə şəhərlərin mühasirəyə alınması şəraitində gedir”.

Bunu Rusiya-Ukrayna müharibəsinin gedişi və tərəflərin hazırkı vəziyyətini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, müharibə uzanır və görünən odur ki, Rusiya geri addım atmayacaq:

“Rusiyanın böyük sayda silah-sursat, canlı qüvvə itirməsinə baxmayaraq, əraziyə əlavə qüvvələr göndərilir. Rusiya ordusu xeyli irəliləyib. Ukrayna qüvvələri nə qədər dözəcək, tab gətirəcək, onu demək çətindir. Onu bilirəm ki, Rusiya məqsədinə çatmamış, o şəhərləri işğal etməmiş geri addım atmayacaq. Putinin də, Lavrovun da çıxışında açıq gördük ki, Avropaya müharibəni sona qədər aparacaqlarının mesajını verdilər.

Ukraynada da silah-sursatın azalması müşahidə olunur. Avropa ölkələri təyyarələr verəcəyi barədə çıxışlar etmişdi. Hal-hazırda onu ərazidə görmürük. Rusiya Ukraynaya məxsus çoxlu sayda qırıcını vurub. Rusiyada, bildiyimiz kimi, qırıcı ehtiyatı var. Ukraynada isə ehtiyat tükənir. Qərbdən göndərilən silahlar isə kifayət etmir. Görünür, Ukraynanın insan resursu da kifayət qədər deyil”.

Hərbi ekspertin sözlərinə görə, Ukraynada koordinasiya itmək üzrədir:

“Dünənə qədər nəzarət var idisə, artıq ordu nəzarətdən çıxır, koordinasiya itir. Atəşkəsin dayandırılması ilə bağlı razılaşmaya meydanda əməl olunmur. Atəşkəs daha da aqressiv xarakter alıb. Hesab edirəm ki, bəzi şəhərlər, vilayət mərkəzləri düşə bilər. Ancaq mübarizə aparılır. Dünən Rusiya ordusu tanklardan Nikolayev şəhərindəki Atom Elektrik Stansiyasına atəş açıb. Orada yanğın baş verib. Oradakı AES-in həcmi Çernobıldakından 10 dəfə yüksəkdir. AES-in 6 bloku var. Onun partlayış effekti təkcə Ukraynaya yox, Avropanın böyük bir hissəsinə, hətta hesab edirəm ki, küləyin istiqamətinə görə, Azərbaycana da təsir edə bilər. Çernobılda partlayış olanda qismən Azərbaycanda da hiss olunmuşdu.

Düşünürəm ki, bu, Avropaya siqnal idi. Hesab edirəm ki, Avropa daha da aktiv olmalıdır. Müharibənin dayandırılmasına nail olmalıdılar. Yoxsa çox gec olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

1468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv