!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın əks-hücum ƏMƏLİYYATI: ATACMS sistemləri Rusiyanın yollarını bağlayacaq

!Reklam – Yazi

ABŞ istehsalı olan ATACMS raket sistemlərinin Ukraynaya çatdırılması müharibənin dönüş nöqtəsi ola bilər.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, ATACMS raket sistemləri Ukraynanın Ruaiyaya qarşı planlaşdırdığı əks-hücum əməliyyatında həlledici vasitə kimi nəzərdən keçirilir.

Qeyd olunur ki, geniş imkanlara malik ATACMS sistemləri düşmənin bütün hədəflərini dəqiqliklə məhv etmək imkanındadır.

Hərbi ekspertlərin fikrincə, Ukraynaya hətta 100 belə sistemin çatdırılması qısa müddətdə müharibənin gedişini dəyişə və qüvvələr nisbətinə təsir göstərə bilər.

“Forbes”in yazdığına əsasən, ATACMS raketlərinin imkanları ilə Rusiya ordusunun Ukraynada istifadə etdiyi logistikanı və silah anbarlarını məhv etmək mümkündür.

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv