!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukraynanın əks-hücum kampaniyasının müharibədə dönüş yaradacağını hələ bilmirik” – NATO-nun Baş katibi

!Reklam – Yazi

“Ukrayna bir-birinin ardınca məqsədlərinə nail olduqca Putin məğlubiyyətə uğrayacağını daha aydın dərk edəcək”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın əks-hücum kampaniyasının gedişini və mümkün nəticələrini dəyərləndirən NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Alyansın müdafiə nazirlərinin növbəti toplantısı ərəfəsində mətbuat konfransı keçirən Stoltenberq Ukraynanın əks-hücum əməliyyatlarının hələ başlanğıc mərhələsində olduğunu vurğulayıb:

“Ukraynanın əks-hücum kampaniyası hələ yeni başladığı üçün əməliyyatların müharibədə dönüş yaradacağını hələ bilmirik, bu barədə danışmaq tezdir.

Bununla belə, Ukraynanın döyüş meydanlarında effektivliyi artırması nə vaxtsa baş tutacaq danışıqlarda Kiyevin mövqeyini xeyli gücləndirəcək.

Ukrayna bir-birinin ardınca məqsədlərinə nail olduqca Putin məğlubiyyətə uğrayacağını və ədalətli sülh danışıqlarına başlamağın vacibliyini daha aydın dərk edəcək”.

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv