!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın əks-hücumunda UZUN FASİLƏ: “Kiyev üçün ölümcül amil...” – FƏRQLİ YANAŞMALAR

!Reklam – Yazi

“ABŞ rəsmiləri Ukrayna silahlı qüvvələrinə əks-hücumun tezliklə dayandırılması barədə xəbərdarlıq edib”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsi fonunda təhlillərini dərc etdiyi məqalədə “The New York Times” yazıb.

Məqalədə ABŞ rəsmilərinin hava şəraiti ilə əlaqədar Ukrayna Silahlı Qüvvələrinə əks-hücum əməliyyatını dayandırmağa məcbur etməsinə bir aydan altı həftəyə qədər vaxt qoyduğu bildirilib.

Əlavə olaraq Londonun “Civitas” analitik mərkəzinin eksperti Robert Klark isə əks-hücum əməliyyatları çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin olmamasının Ukrayna ordusu üçün ölümcül ola biləcəyini proqnozlaşdırıb:

“Hazırda Kiyev nümayəndələri Ukrayna Silahlı Qüvvələrinin itkilərinə baxmayaraq cəbhədəki vəziyyəti yaxşılaşdırmağa çalışırlar. Kiyev üçün ölümcül hal üzləşdiyi kadr çatışmazlığı ola bilər. Ukrayna hərbçiləri təkcə kütləvi müdafiə və artilleriya atəşi ilə deyil, həm də zamana qarşı döyüşür. Çünki soyuqlar döyüş qabiliyyətini aşağı salır. Soyuqlar düşənə qədər Ukrayna təmas xəttində öz mövqelərini yaxşılaşdırmağa çalışır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv