!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın hava zərbələri Putini buna sövq edəcək – Baş nazirin sabiq müavini

!Reklam – Yazi

“Rusiya ilə Ukrayna arasında gedən müharibədə cəbhə xətti vacib deyil, yalnız tərəflərin hərbi və iqtisadi potensialı önəmlidir”. 

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin keçmiş müavini Alfred Kox “Telegram”kanalında yazıb.

“Bizim vəziyyətimizdə əminliklə deyə bilərik ki, Ukrayna pilotsuz təyyarələrinin Rusiya neft emalı zavodlarına hücumları Ukraynanın qələbəsini yaxınlaşdırır. Bu hava hücumları isə prezident Vladimir Putini döyüş meydanında istənilən qələbədən daha çox konstruktiv danışıqlara sövq edir”, – baş nazirin keçmiş müavini yazıb.

“Ona görə də Zelenskinin özünə məhdudiyyətlər qoymağa ehtiyacı yoxdur. Əksinə, o, istəklərinə çatdıqdan sonra Putinlə danışıqlara başlamağı mümkün hesab edəcək.

Bu danışıqların effektivliyi cəbhə xəttinin hara çəkildiyindən deyil, müttəfiqlərin yardımının miqyasından, ukraynalıların döyüş əzmindən və Rusiyanın hərbi və iqtisadi potensialının tükənmə sürətindən asılıdır”, – Kox deyir.

Rafi Müslümov

www.yenicag.az

126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv