!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın hücumunun qarşısını alan "SUPER SİLAH" - Rusiya Qərbi TƏƏCCÜBLƏNDİRDİ

!Reklam – Yazi

“Ukraynanın əks-hücum zamanı qarşılaşdığı əsas problemlərdən biri Rusiyanın minalanmış sahələri idi”.

Yenicag.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Rusiyanın bir neçə ay ərzində kifayət qədər böyük və sıx mina sahələri sistemi yaratdığından şikayətlənib.

O bildirib ki, bu səbəbdən NATO ölkələri Ukraynaya hərbi yardımın yeni paketlərinə daha çox mühəndis avadanlıqları və minalardan təmizləmə sistemlərini daxil edirlər:

“İyunun 4-də başlayan əks-hücum əməliyyatlarının ilk günlərində Ukrayna Silahlı Qüvvələrinin mina təhlükəsini nəzərə almadığı məlum oldu. Rusiya “super silah” kimi minalardan istifadə edir. Sosial şəbəkələr minalarla partladılmış zirehli texnikanın, “Leopard” tanklarının və “Bradley” piyadalarının döyüş maşınlarının foto və videoları ilə doludur.

Videolardan birində Ukraynaya məxsus zirehli texnikanın bir-birinin ardınca necə partladılmasını görmək olar. Əlavə olaraq maşınların ekipajları kobud səhvə yol verirlər. Partladılmış tankın sağ və ya sol tərəfində dövrə vurmağa başlayırlar. Bu isə özlərinin də partlaması ilə nəticələnir.

NATO ölkələri minalarla mübarizə aparmaq üçün Kiyevə getdikcə daha çox minatəmizləmə sistemləri verir. Ukrayna Silahlı Qüvvələri isə artıq onlardan istifadə etməyə başlayır.

Novodanilovka-Rabotino bölgəsindəki mina sahələrində keçidlər əldə edilib. Hələlik düşmən Rabotino-Verbovoye bölgəsində hücum qruplarını yenidən toplayır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv