!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ukraynanın İDMAN MƏLƏKLƏRİ: İdmançılar da Rusiyanın hərbi təcavüzünə qurban gedir – SİYAHI

!Reklam – Yazi

Rusiyanın Ukraynaya qarşı başladığı hərbi təcavüz nəticəsində həlak olanlar arasında çox sayda idmançı da var.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukraynaya qarşı davam edən müharibədə 33 idmançı həlak olub.

Məlumata görə, Ukraynanın İdman Komitəsinin təşəbbüsü ilə savaş nəticəsində həlak olmuş idmançılara həsr edilən sayt istifadəyə verilib.

Qeyd olunur ki, Ukraynanın idmançı müharibə qurbanlarının çoxu döyüş meydanında həlak olub.

Rusiyanın hərbi təcavüzünə qarşı əlonə silah alıb savaşaraq həlak olan ukraynalı idmançılar:

Aleksandr Serbinov (yüngül atletika), Sergey Kolokolov (ağır atletika), Avropa çempionatının mükafatçısı İvan Bidnyak (güllə atıcılığı), Anastas İvanov (ağırçəkili təknövçü), İvan Şyokin (avarçəkmə), Maksim Kaqal (kikboks), Yeqor Birkun (qarışıq təknövçülük).

Həlak olan idmançılar arasında qadınlar və azyaşlı atletlər də var:

Lyudmila Çernetskaya (bodibilder), Alina Perequdova (ağır atletika, 14 yaş), Yekaterina Dyaçenko (yüngül atletika, 11 yaş), Artyom Priymenko (sambo).

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv