!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın irəliləməyən əks-hücumu: "Müdafiə olunan tərəf qarşıya qoyulan tapşırıqları..."

!Reklam – Yazi

“Aviasiya dəstəyi olmadan əks-hücum əməliyyatlarının uğurlu olacağı inandırıcı deyil”.

Bu fikirləri Ukraynanın əks-hücum əməliyyatları fonunda müharibənin indiki mərhələsini dəyərləndirən ehtiyatda olan pilkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında səsləndirib.

Şair Ramaldanov bildirib ki, tərəflər öz maraqlarına uyğun informasiya yayır:

“Hərbi cəhətdən qiymətləndirsək, Ukraynanın əks-hücum əməliyyatı bir aydan çoxdur gedir. Ancaq əməliyyatlar daha çox mövqe döyüşlərinə oxşayır. Baş verən döyüşləri əks-hücum əməliyyatı kimi qəbul etmək olmur. Ona görə ki müdafiədə olan Rusiya qüvvələri Ukraynanın əks-hücumuna hazırlaşıb. Hətta şərqdən T-55 tankları gətitib müdafiəyə yığıblar. Rusiya bu müddət ərzində gücləndirilmiş müdafiə zolaqları təşkil ediblər. Bu fonda Ukrayna heç bir xətti keçməyib. Müdafiədən öncədə də xətlər var. O xətlər bir neçə kilometr ola bilər. Sonra əsas xətt gəlir. Bir ay keçməsinə baxmayaraq, hələ də Baxmut ətrafında lokal döyüşlərin getməsi, hərbi dillə desək, Ukraynanın və onu dəstəkləyənlərin gözlədiyi nəticəni vermir.

Əks-hücum və müdafiə əməliyyatlarını qiymətləndirsək, Rusiya ordusu qarşıya qoyulan tapşırıqları daha müvəffəqiyyətlə yerinə yetirir. Əks-hücum edən tərəf irəliləyə bilmirsə, demək, müdafiə olunan tərəf qarşıya qoyulan tapşırıqları daha uğurla yerinə yetirir.

Aviasiya dəstəyi olmadan əks-hücum əməliyyatlarının uğurlu olacağı inandırıcı deyil. Bu müharibəni proqnozlaşdırmaq olmur”.

Səxavət Məmməd

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv