!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın “Leopard” və “Abrams” GÖZLƏNTİSİ: “İstisna deyil, amma vəd vermirəm” – NATO-nun Baş katibi

!Reklam – Yazi

“NATO bütün hallarda öz müstəqilliyinin müdafiəsinə qalxan Ukraynaya silah yardımını davam etdirəcək”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynaya “Lopard” və “Abrams” tanklarının nə vaxt göndəriləcəyi haqda danışan NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Baş katibin sözlərinə görə, bu mövzuda konkret fikir bildirməyə hələlik imkan verməyən müəyyən səbəblər var:

“Qərb ölkələrinin istehsal etdiyi “Leopard” və “Abrams” tanklarının Ukraynaya göndərilməsi NATO üzvlərinin birgə qərarından asılı olacaq.

Mən həmin tankların Ukraynaya göndəriləcəyini istisna etmirəm. Ancaq vəd verə də bilmərəm.

Lakin NATO bütün hallarda öz müstəqilliyinin müdafiəsinə qalxan Ukraynaya silah yardımını davam etdirəcək”.

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv