!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın Rusiyaya dron HÜCUMLARI: “Putin vəziyyətdən çıxa bilərdi, amma...” - MÖVQE

!Reklam – Yazi

“Müharibənin əvvəli olsa idi, “mənə yanlış məlumat veriblər, həmin adamı cəzalandıracam” və yaxud başqa takitkadan istifadə edərək vəziyyətdən çıxa bilərdi”.

Bunu Ukraynanın Moskvaya dron hücumlarının artmasının Putinin nüfuzuna təsirini dəyərləndirən politoloq Fərhad Mehdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, proseslərin necə sonlanacağı heç kəsə məlum deyil, ancaq müşahidələr Rusiyanın Ukraynanı işğal edə bilməcəyini və oradan çəkiləcəyini göstərir:

“Çünki Ukrayna bu münaqişədə tək deyil. Dünyanın böyük gücləri arxasındadır. Gələn ildən artıq Ukrayna ordusunun F-16-lardan istifadə etdiyini görəcəyik. Bu isə Ukraynaya havada böyük üstünlük vəd edəcək.

Rusiya Prezidenti Vladimir Putin yalnış addım atdığını anlayır, indidən sonra geri çəkilməyə isə tərəddüd edir. Çünki ortada çox böyük itkilər var. Əlavə olaraq günahı üzərinə atacaq adam qalmayıb. Müharibənin əvvəli olsa idi, “mənə yanlış məlumat veriblər, həmin adamı cəzalandıracam” və yaxud başqa takitkadan istifadə edərək vəziyyətdən çıxa bilərdi.

Yaxın perspektivdə Rusiya-Ukrayna müharibəsində ciddi dəyişiklik gözlənilmir. Lakin 2024-cü ildə hansısa proseslər baş verə biləcəyi ehtimal olunur. Ukrayna yavaş-yavaş irəliləsə də, torpaqlarını geri qaytaracaq.

Dron hücumları ilə nəsə əldə etmək mümkün deyil. Artıq neçə vaxtdır ki, Kiyevin Moskvaya, Moskvanın isə Kiyevə dron hücumları müşahidə olunur. Ukrayna rus əhalisinə müharibənin ciddiyətini başa salmağa çalışır. Çünki müharibə Rusiya ərazisində yox, Ukrayna ərazisində gedir. Burada əsas məqsəd psixoloji gərginlik yaratmaqdır. Əgər planladıqları məqsədə nail olsalar, ya Putini devirəcəklər, ya da onun siyasətində dəyişikliklər etməsinə səbəb olacaqlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv