Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Ukraynanın sabiq baş naziri: “Azərbaycanın “Qarabağ təcrübəsi”ndən öyrənməliyik” – Eksklüziv/VİDEO

Reklam: Sinerji Pro

15:35

Rusiya imperiyasının çöküşü ilə Qarabağ, Donbas, Krım və digər münaqişələr öz həllini tapacaq”.

Bu fikirləri Yenicag.ru-ya eksklüziv müsahibəsində Ukraynanın sabiq baş naziri Yuri Yexanurov deyib.

Yuri Yexanurov hazırda separatizm problemi və Rusiyanın hərbi təcavüzü ilə üzləşən Ukraynanın Azərbaycanın “Qarabağ təcrübəsi”ndən yararlanmalı olduğunu deyib:
“Rəhbəri olduğum Ukrayna Özəlləşdirilmiş Kiçik və Orta Müəssisələr İttifaqının təşəbbüsü ilə Bakıda Ukrayna Ticarət Evi açılıb. Ötən il isə analoji qurum Kiyevdə yaradılıb.

Mən çox istəyərdim ki, Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq daha çox kiçik və orta biznes səviyyəsində inkişaf etsin. Biz bunun üzərində çalışırıq.

Yeri gəlmişkən, keçmiş prezident Viktor Yuşenko dönəmində Azərbaycan prezidenti İlham Əliyevlə sıx işgüzar münasibətlər qurulmuşdu. Həmin əlaqələr üzərində Ukrayna Azərbaycana ciddi hərbi yardım göstərib. Mən burada Ukraynanın Azərbaycana silah və hərbi texnika ixracını nəzərdə tuturam.

Qarabağ münaqişəsinə gəldikdə, hesab edirəm ki, Azərbaycanın “Qarabağ təcrübəsi”ndən öyrənməliyik. Çünki orada münaqişə artıq 30 ildir, davam edir. Oradakı vəziyyət bu gün Donbasda hökm sürür.

XX əsrdə dünyada mövcud olmuş altı imperiyadan beşi – Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya və Osmanlı imperiyaları süqut etdi. Yalnız Rusiya qalıb ki, onun da çöküşü zaman məsələsidir. Məhz o zaman – Rusiya imperiyasının çöküşü ilə Qarabağ, Donbas, Krım və digər münaqişələr öz həllini tapacaq”.

Yarina Lazko, Kiyev

www.yenicag.az

3166
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM