!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın şansı YOXDUR: “Barışıq üçün...” - POLİTOLOQ

!Reklam – Yazi

“Ukraynanın əks-hücum əməliyyatı uğursuzluğa düçar olduğu üçün döyüş əhval-ruhiyyə dəyişir. Həqiqət artıq ən sərt senzuraya belə müqavimət göstərə bilməz”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın əks-hücum əməliyyatlarından danışan ukraynalı politoloq Yuri Romanenko deyib.

O, bildirib ki, Rusiya ilə barışıq normal qəbul ediləcək:

“Özümün və əlaqədə olduqlarımın adından deyə bilərəm ki, bununla tamamilə razıyıq. Biz nəzəri olaraq hansısa ərazimizin bir hissəsini itirə bilərik. Lakin ölkə olaraq dövlətçiliyimizi itirməyəcəyik. Ordunun sülh müqaviləsinə narazı olacağını düşünmürəm. Hər kəsin adından danışa bilmərəm, lakin ordunun bu variantla razılaşmayıb hökuməti dağıtmaq üçün Kiyevə gedəcəyini düşünmürəm. Yəni bu ssenari fikrimcə, qeyri-mümkündür.

Rusiya ordusu artıq Kupyanska yaxınlaşıb. Cəbhə xəbərlərinə görə isə şəhər tezliklə azad ediləcək. Çox güman ki, Xarkov Rusiya hücumunun növbəti hədəfi olacaq. Beləliklə, təmas xətti boyunca atəşkəs haqqında sözlər yalnız ukraynalıların xəyalları olaraq qalacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv