!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ukraynanın taleyi ABŞ-dəki seçkilərdən asılıdır” - TƏHLİL

!Reklam – Yazi

“Ukraynanın taleyi ABŞ-dəki seçkilərdən asılıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynanın məğlub olması ehtimalının Kiyevin gələcək taleyinə təsirindən danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı deyib.

 

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi fonunda son zamanlar maraqlı inkişaflar müşahidə olunur. “İlk olaraq Rusiya və ABŞ-nin pərdəarxası görüşləri nəzərə alınmalıdır. Eyni zamanda Ukraynanın Rusiyaya qarşı bir sıra tələbləri mövcuddur. Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərində də müşahidə etdik. Həmçinin baş verən proseslər fonunda Rusiya və Fransanın ziddiyətli mövqeyi də ortaya çıxmış oldu”,- deyə o əlavə edib.
T.Qasımlı qeyd edib ki, nəticə etibarilə vəziyyətin gərgin və qarışıq hal alması göz qarşısındadır:

“Qərbin Ukraynaya dəstəyinə gəldikdə isə, yardımların taleyi ABŞ-də keçiriləcək prezizdent seçkilərindən asılıdır. Əsas məqamlardan biri isə Ukrayna daxilində vəziyyətin kritik olmasıdır. Belə ki, yardımların düzgün istifadə olunmaması, ölkədaxili dəyişikliklərin baş verməsi heç də Ukraynanın xeyrinə proseslər deyil. Avropada hazırki münaqişənin Koreya müharibəsindəki kimi atəşkəsin baş tutacağı ehtimal edilir. Hələlik həmin vəziyyət üçün əlverişli zəmin yaranmayıb. Çünki Rusiyanın şərtləri olduqca ağırdır. Bunu isə nə Kiyev, nə də digər hakimiyyətlər qəbul edə bilməz. Bir sözlə, Ukraynanın taleyi ABŞ-dəki seçkilərdən asılıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv