!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın xarici işlər nazirini İT DİŞLƏDİ - FOTO

!Reklam – Yazi

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı it dişləyib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özü məlumat verib.

Kuleba it hücumundan sonra xəstəxanaya yerləşdirilib.

O, itləri ilə gəzdiyini söyləyib. Bu zaman onlara qarmaqsız və ağızlıqsız gəzdirilən “böyük yad it” hücum edib.

Ukraynalı nazir əlavə edib ki, xəstəxanaya getməli olub. Onun sözlərinə görə, ona iynə vurulub.
O, sosial şəbəkədəki səhifəsində dişləmə izləri olan qanlı ayağın fotosunu yerləşdirib.

Kuleba itlərinin vəziyyətini və hər hansı xəsarət alıb-almadığını açıqlamayıb.

Məlumata görə, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri itlərə olan sevgisi ilə tanınır. Nazirin özünün dediyinə görə, onun bir neçə iti var.

Xuraman Etibarlı

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv