!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynaya ayrılan yardımlarla bağlı ŞOK İDDİA: Vəsaitlər ABŞ-da bu şirkətlərin hesabına köçürülür

!Reklam – Yazi

“Ukraynaya ayrılan yardımlar əslində elə ABŞ-nin özündə qalır”.

Bunu Yenicag.az-a açıqlamasında sosial şəbəkə istifadəçilərinin Rusiya-Ukrayna müharibəsi adı altında Qərbin Kiyevə yardımlarının əslində “pulların yuyulması” siyasəti olduğu ilə bağlı iddiaları qiymətləndirən politoloq Sabir Məmmədli deyib.

Onun sözlərinə görə, həmin vəsaitlər məhz ABŞ-də hərbi sənaye üzrə ixtisaslaşan şirkətlərin hesabına köçürülür.

“Yəni Ukraynaya yalnız silah göndərilir. Bunu ABŞ konqresmenləri belə etiraf edir. Açıq-aşkar Ukraynaya ayrılan yardımların ABŞ iqtisadiyyatına böyük xeyri olduğunu dilə gətirirlər. Çünki istehsal artdığı üçün insanlar işlə təmin edilir.

Əlavə olaraq, ayrılan vəsaitin qalanı isə Ukrayna hərbçilərinin təliminə gedir. Ki, bu da Pentaqonun nəzarətində olan hərbi kursların hesabına yatırılır. Yəni qazanan yenə ABŞ-dir. Çox cüzi hissə isə Ukraynanın iqtisadiyyatının bərpası üçün Kiyevə göndərilir”, – deyə o bildirib.

Həmçinin ekspert ictimaiyyət arasında yayılan “Ukraynaya göndərilən silahlar PKK-nın əlinə keçib” kimi iddialara da aydınlıq gətirib:

“Belə terror təşkilatlarını təmin edən qüvvələr mövcuddur. Yəni onlar üçün Ukraynaya göndərilən silahlar lazım deyil. Əlavə olaraq, Kiyevin problemləri onsuz da böyükdür. Belə hallarla qarşılaşmamaq üçün məsələyə ciddi yanaşırlar. Bu mənada həmin silahların PKK-nın əlinə keçməsi kifayət qədər absurd iddialardır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv