!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynaya Baydensayağı “DƏSTƏK”: Diplomatlar “Out”, Ordu “In” – REAKSİYA

!Reklam – Yazi

“Ukrayna rəhbərliyi ağılla hərəkət etməsə, bu proseslərdə “xərclənən” ilk ölkə olacaq”.

Bu fikirləri ABŞ-ın öz diplomatlarını və səfirlik əməkdaşlarını Ukraynadan çıxarmaq hazırlığı fonunda Polşa ilə Baltikyanı ölkələrə bir neçə min nəfərlik hərbi kontingent göndərmək planına münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

ASDP sədrinin sözlərinə görə, president Co Baydenin sərt bəyanatlarına baxmayaraq, ABŞ Rusiya ilə müharibə etməyəcək:

“Amerika öz diplomatlarını Ukraynadan tədricən çıxarır və belə bir şəraitdə regiona əlavə qüvvələrə göndərəcəyini bildirməklə, guya Kiyevə mənəvi dəstək verir.

Əslində isə ABŞ Rusiya ilə sərhədə nə qədər hərbçi göndərirsə, göndərsin, Amerika Rusiya ilə vuruşmayacaq.

Moskva da bəyan edib ki, əgər onun irəli sürdüyü şərtlər qəbul edilməsə, o halda Rusiya istədiyi addımı atacaq. Bu addımın nədən ibarət olacağı isə aydındır.

Bu situasiyada Ukrayna rəhbərliyi maksimum ağılla hərəkət etməlidir. Əks halda, bu proseslərdə “xərclənən” ilk ölkə olacaq”.

A.Zeynalov

www.yenicag.az

451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv